Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Ağsuda vətəndaşları qəbul edib

03 iyun 2016 | 11:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə  müvafiq olaraq mərkəzi icra hakimiyyəti  orqanlarının rəhbərləri tərəfindən  bölgələrdə vətəndaşların qəbulunu davam etdirilir. Qəbul zamanı  onların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir, ərizə və şikayətlərinin  operativ həlli üçün konkret  tədbirlər görülür.
  Ekologiya  və təbii sərvətlər naziri Hüseynqulu Bağırov  iyunun 3-də Ağsu şəhərindəki Uşaq-Gənclər Bədii  Yaradıcılıq Mərkəzində Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmirdən olan 40 nəfərə yaxın vətəndaşı qəbul edib.
       Nazirliyin idarə və departamentlərinin, habelə tabeli qurumların rəhbərlərinin də iştirak etdikləri qəbulda hər bir müraciət nazir H.Bağırov tərəfindən diqqətlə dinlənilib. Müraciətlər, əsasən ətraf mühitin, o cümlədən meşələrin mühafizəsi, ekoloji tarazlığın qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, habelə işə qəbul və sair məsələlərlə bağlı olub.
      Müraciətlərin bir çoxu  operativ surətdə yerindəcə həll edilib. Araşdırılması və qanunvericiliyə müvafiq həll edilməsi zəruri olan bəzi müraciətlər, şikayət və təkliflər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, nazirliyin müvafiq struktur rəhbərlərinə  müvafiq tapşırıqlar verilib. Bu cür müraciətlərlə bağlı vətəndaşlar hərtərəfli, qaneedici izahatlar alıblar.
     Qəbul zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər də olub ki, bu cür  müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
     Rayonlardan gələn vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bu cür qəbulların keçirilməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıq ediblər. 
 

Keçidlər