Şriftin ölçüsü :

Saytın rəngi :

“Asan xidmət” Ağsuda

06 iyun 2016 | 11:00

“Asan xidmət” Ağsuya gəlib və  iyunun 5-14-də, on gün müddətində   rayon sakinlərinə xidmət edəcək. 
  Şəhərin  mərkəzindəki Heydər parkının kənarında fəaliyyətə başlayan “Asan xidmət”dən ilk vaxtlardan etibarən hər gün orta hesabla 150 nəfərdən çox sakin faydalanır. Ağsululara göstərilən səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
     Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
     Səyyar “Asan xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə, həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.

Keçidlər