Ağsuda qanvermə aksiyası keçirilib
06 iyun 2016 | 11:00
Mərkəzi Qan Bankının Mingəçevir şöbəsi tərəfindən iyunun 6-da Ağsu rayonunda qanvermə aksiyası keçirilib.
Bu humanist tədbir mərkəzi rayon xəstəxanasında təşkil olunub. Aksiyanı reallaşdıran briqadanın rəhbəri, şöbənin bölgə müdiri Vüsalə Səfərəliyeva bildirib ki, qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub və bu tədbir respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək.
Qanvermə aksiyasında iştirak edən həkim və tibb işçiləri, polis əməkdaşları, yüksək fəallıq nümayiş etdiriblər. Hərtərəfli müayinədən sonra 30 nəfərdən qan götürülüb.