Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

07 may 2016 | 11:00

  Ağsu rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
  Elmi-praktik konfransı giriş sözü ilə  rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən danışıb.   Sonra böyük öndərə həsr olunan sənədli film nümayiş etdirilib.  Filmin nümayişindən sonra “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda məruzə dinlənilib, çıxışlar olub, görkəmli dövlət və siyasi xadimin 1978-ci il sentyabrın 29-da və 1981-ci il iyulun 30-da Ağsu rayonuna tarixi səfərləri ilə bağlı xatirələr söylənilib.
  Məruzə və çıxışlarda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin çox çətin şəraitdə dövlət quruculuğu, sosial-iqtisadi sahələrdə xidmətləri, müvafiq qanunların qəbulu və sair məsələlərlə bağlı Sərəncam və fərmanları, habelə onların icra mexanizmi barədə ətraflı məlumat verilib.

   Vurğulanıb ki, öz mənalı ömrünü dövlətçiliyə,  xalqına, onun azadlığı və xoşbəxt gələcəyinə həsr edilən Ulu Öndərin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq. 
Axırda Yeni Azərbaycan Partiyası sıralarına daxil olan bir qrup gəncə üzvlük biletləri təqdim olunub.
 

Keçidlər