Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

04 may 2016 | 11:00

4 may  2016-cı ildə Ağsu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyinə həsr edilmiş silsilə tədbirlər  keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev YAP rayon təşkilatında keçirilən tədbiri açaraq Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləeindən danışdı. Bildirdi ki, Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində  ölkəmizdə atəşkəsə nail olundu və  sabitlik, sülh, əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf bərqərar oldu.
    Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
     YAP Ağsu rayon təşkilatının sədri, rayon  Mərkəzi xəstəxanasının baş həkiminin müavini, Əli Hüseynov  “Xalqın layiqli lideri” mövzusunda   məruzə ilə çıxış edərək         bildirdi ki, Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
     Çıxış edənlər bird aha vurğuladılar ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü Heydər Əliyevin  ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir. Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.
      Gənclər və İdman Nazirliyinin, Azərbaycan Boks Federasiyasının, Ağsu rayon İcra Hakimiyyətinin,  rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə   Ağsu İdman Kompleksində  yeniyetmə və kadetlər arasında boks idman növü üzrə   birincilik keçirilmişdir. Yarışda   Bakı şəhərindən 2 idman klubunun və   Ağsu, Ağdaş, Abşeron, Mingəçevir, Hacıqabul, Şirvan  və  Qəbələ rayonlarının  80 idmançısı iştirak etmişdir.
       Tədbirdə Prezident təqaüdçüsü, əməkdar idman xadimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim və Azərbaycan Boks Federasiyasının katibi Tofiq Babanlı və Sidney Olimpiadasının bürünc mükafatçısı, əməkdar məşqçi və əməkdar idman ustası Vüqar Ələkbərov iştirak etmişdir.
       Yarışda komanda hesabında I yerə Ağsu rayon, II yerə Bakı şəhər, III yerə isə Abşeron rayon komandası layiq görülmüşlər. I yerin qalibinə kubok, II və III yerlərin qaliblərinə isə Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.
      16 çəki dərəcəsində   I, II yerlərə layiq görülən bokusçulara Ağsu rayon Gənclər və İdman idarəsinin diplom və medalları, III yerlərin qaliblərinə isə    diplomlar verilmişdir.
     Rayon  Uşaq və Gənclər Bədii Yaradıcılıq Məktəbində tam orta məktəb komandaları arasında “Bilik” yarışı keçirmişdir. Yarışda 20   komanda  iştirak etmişdir.  Uşaq Gənclər Şahmat Məktəbində məktəblilər arasında şahmat,  Şəhər stadionunda yeniyetmələr arasında isə  futbol   üzrə rayon birincilikləri keçirmişdir.   Qaliblərə  hədiyyələr verilmişdir.

Keçidlər