Rayonda “Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal xəritələrinin tərtibi” mövzusunda tədbir keçirilmişdir
3 may 2016-cı ildə rayon İcra hakimiyyətinin iclas zalında Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə rayonda “Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin rəis müavini Ədalət Salmanov çıxış edərək bildirmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işlərinin Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək başa çatdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli fərmanının 5-ci bəndinə əsasən Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və digər daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Komitə tərəfindən müvafiq ərazidə maarifləndirmə tədbirlərinin keçirilməsində iştirak etsinlər və bununla bağlı təşkilati dəstəyi təmin etsinlər.
2016-cı ildə respublikanın 10 rayonunda, o cümlədən Ağsu rayonunda bu işlərin icrasına başlanılması qərara alınmışdır.