Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə veteranlarla görüş keçirilib.

06 may 2016 | 11:00

     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin müşavirə zalında təşkil olunan çay süfrəsi arxasında keçirilən görüşü rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq veteranları təbrik edib, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıb. Sonra Böyük Vətən müharibəsində və torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       İcra hakimiyyətinin başçısı, eləcə də digər çıxış edənlər İkinci Dünya müharibəsi zamanı sovetlər birliyinin tərkibində olan Azərbaycan xalqının fədakarlığından, çəkdiyi əziyyətlərdən, verdiyi itkilərdən danışıblar. Bildirilib ki, o vaxt təkcə Ağsu rayonundan cəbhəyə 3221 nəfər yola salınıb, onlardan yalnız 1564 nəfəri geri dönüb. Geri qayıdanlardan da hazırda 9 nəfəri həyatdadır.
      Görüşdə veteranlara rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsi tərəfindən pul və qiymətli hədiyyələr verilib.

Keçidlər