“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir
2016-cı il üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hazırlıq planına və Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin tədbirlər planına müvafiq olaraq 25-29 aprel 2016-cı il tarixdə mülki müdafiə idarəsinin və Şamaxı Regional Fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən Ağsu rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.
220 nəfər şəxsi heyət, 32 texnika cəlb olunmuş kompleks təlimin keçirilməsində məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanunununun,mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və MM idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılmasından,fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM qüvvələrinin idarə olunması üzrə MM idarəetmə orqanlarının və rəhbr heyətin əməli vərdişlərinin və hazırlığının təkmiləşdirilməsindən, MM idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarətdir.