Ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçulqrı ilə görüş keçirilmişdir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi 19 aprel 2016-cı il tarixində ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçulqrı ilə görüş keçirilmişdir.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi, rayon ictimaiyyətinin nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov tədbiri açıq elan edərək yeniyetmə və gənclərin müddətli hərbi xidmətə hazırlanması, vətəndaşlar arasında vətənpərvərlik tərbiyəsi işlərinin təşkili, çağırışçıların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə yola salınması və ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçulqrının qarşılanması işinin yüksək səviyyədə həyata keçirilməsinin təmin olunduğunu bildirdi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov, Müharibə və Əmək Silahlı Qüvvələr və Veteranlar İctimai Birliyinin rayon təşkilatının sədri Cəmaləddin Zeynalov, şəhid ailəsi, Qarabağ Əlilləri və Veteranlar İctimai Birliyinin rayon təşkilatının sədr müavini Allahverdi Qənbərov, Məşğulluq Mərkəzinin direktoru Həsrət İbadov, rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zabit Quliyev çıxış edərək, hərbi xidmətdən ehtiyata buraxılan gənclərə öz ürək sözlərini söyləmişlər və onlara uğurlu gələcək arzulamışlar.
Xidmətdən ehtiyata buraxılmış gənclərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin adından hədiyyələr rayon İcra Hakimiyyəti başçısı və Hüquq Mühafizə Orqanlarının rəhbərləri tərəfindən təqdim edilmişdir.