Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Ağsuda çörək zavodunun açılışında iştirak etmişdir

30 oktyabr 2011 | 10:00

Prezident İlham Əliyev Ağsuda çörək zavodunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı zavodu işə saldı.

İstehsal prosesi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, müəssisə əsas sexdən və yardımçı sahələrdən ibarətdir. Burada Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış zavodlarında buraxılan ən müasir çörəkbişirmə sobasının, qıcqırtma avadanlığının və digər qurğuların quraşdırılması yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Zavod mühəndis kommunikasiyaları ilə tam təmin olunmuşdur. Sutka ərzində əhalini 5 ton çörəklə təmin edəcək müəssisədə 12 nəfər işləyəcəkdir.

Çörək məhsulları satış şəbəkəsinə xüsusi ixtisaslaşmış avtomaşınlarla daşınacaqdır. Zavodun ərazisi yüksək səviyyədə abadlaşdırılmışdır.

Dövlətimizin başçısı zavodun açılışı münasibətilə təbriklərini çatdırdı, kollektivə uğurlar arzuladı.

Keçidlər