14 aprel 2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib
14 aprel 2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid ailələri, Vətən müharibəsi qaziləri və bir qrup rayon sakinlərini fərdi qayda da qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, həmin vətəndaşların müraciət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Rayon sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.