Şriftin ölçüsü :

Saytın rəngi :

XX əsrin 30 illik faciəsi

26 aprel 2016 | 11:00

  Çernobıl qəzasının ildönümü ilə əlaqədar aprelin 26-da Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə faciə  qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva 1986-cı il aprelin    26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokunda baş vermiş qəzadan   30 il keçdiyini və bu hadisə nəticəsində yüzlərlə insan həyatını itirdiyini, yüz minlərlə adam radioaktiv şüalanmaya məruz qaldığını, qəzanın dəhşətli nəticələrinin aradan qaldırılmasında Ağsu sakinlərinin iştirak etdiyini və hazırda 39 nəfər Çernobıl iştirakçısı əlili olduğunu bildirmişdir.  
    Çıxışlar zamanı 30 il əvvəl Çernobıl AES-də baş vermiş qəzanın dünyanın ən böyük nüvə fəlakətlərindən biri olduğu, qəzanın nəticələrinin aradan qaldırılmasında      7 mindən çox azərbaycanlının iştirak etdiyi də vurgulanmışdır.
    Tədbirdə keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri olan Heydər Əliyev dəfələrlə fəlakət zonasına getdiyi və  təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etdiyini və  ulu öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və müdafisəsi haqqında” Qanun qəbul olunduğu da vurğulanmışdır
   Çernobıl əlilləri İbrahimov İspəndiyar, Fərəcov Nəbi, İbadov Adışirin çıxışlarında Çernobıl əlillərinə dövlət tərəfindən göstərilən qayğıya görə ölkə başçısına öz minnətdarlığlarını bildirmişlər.
    Sonda rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl iştirakçılarına hədiyyələr təqdim etmişdir.

Keçidlər