Şriftin ölçüsü :

Saytın rəngi :

Başın sağ olsun, Vətən

09 aprel 2016 | 11:00

   Aprelin 2 - də  erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan “N” saylı hərbi hissənin  hərbi qulluqçusu  2 noyabr 1993-cü il təvəllüdlü Fərəczadə Toğrul Habil oğlunun doğulduğu  Ağsu rayon Bico kəndində aprelin 9-də son mənzilə yola salınıb.
  Ağsu rayon  sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə dəfn etmək üçün küçələrə axışıblar. Gənclər şəhidlərimizin intiqamını almağa, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər.
  Rayon İcra Hakimiyyətınin başçısı Ənvər Seyidəliyev,  Milli Məclisin deputat Tahir Kərimli,  Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələrinin, şəhər sakinlərinin də iştirak etdiyi vida mərasimində çıxış edənlər Silahlı Qüvvələrimizin şəhid olan hərbi qulluqçularına Allahdan rəhmət diləyib, cəbhəboyu mövqelərimizin və yaşayış məntəqələrinin atəşə tutulmasından, düşmənə verilən layiqli cavabdan bəhs ediblər.
   Şəhidin cənazəsi minlərlə Ağsu sakinlərinin, gənclərin izdihamlı müşayiəti ilə yaşadığı Bico kəndində torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhid əsgər yaylım atəşi altında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Keçidlər