Birinci rübün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir
Aprelin 13-də Ağsu Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
iclasda bu il bir ton barama istehsalı da qarşıda mühüm vəzifə kimi durur. Gələcəkdə bu sahənin inkişafı məqsədilə 250 hektar sahədə 150 min gər ağacı əkilməsi də planlaşdırılır. Rayonda aqrar sektorda taxılçılıq və heyvandarlıqla yanaşı bu sahələrin inkişafı, həm də əhalinin məşğulluğunun artmasına ciddi təsir göstərəcək.
İstər rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin məruzəsində, istərsə də müzakirələrdə kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və sair istiqamətlərdə əməli tədbirlər görüldüyü vurğulanıb. Qeyd edilib ki, Ağsu şəhərində 3 hektar ərazidə illik istehsal gücü 500 ton olan istixana kompleksi istifadəyə verilib. Burada 50 nəfər daimi olmaqla, 90 nəfər işçi çalışır.
Rayonda fəaliyyət göstərən “Az-Qranata” MMC-nin yeni, illik istehsal gücü 3000 ton olan şərab emalı sexi və soyuducu anbar kompleksi ilin sonunadək istifadəyə veriləcək ki, burada da 70 nəfər işlə təmin ediləcək.
Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində lazımi işlər görülür. Belə ki, iribuynuzlu cins heyvanların yetişdirilməsi üçün müasir tələblərə cavab verən, hər biri 200 başlıq iki tövlə kompleksinin inşası yekunlaşmaqdadır. Kompleks fəaliyyətə başladıqda burada 50 nəfər işləyəcək.
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi və təbii qazla təminatı istiqamətlərində ardıcıl işlər görülür. Qeyd olunub ki, bu ilin ilk üç ayı ərzində 6 yaşayış məntəqəsinə təbii qaz verilib. 2015-ci ildə Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində inşa edilən Ağsu şəhərində içməli su təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlər başa çatdırılıb.
Hesabat yığıncağında qarşıda duran vəzifələr barədə də ətraflı müzakirələr aparılıb və əminliklə bildirilib ki, ağsulular Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrin həllində bunda sonra da əllərindən gələni əsirgəməyəcəklər.