Ağsuda indiyədək 34 min nəfərə yaxın sakin pulsuz tibbi müayinədən keçmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar həyata keçirilən növbəti kampaniya Ağsu rayonunda da müvəffəqiyyətlə davam etdirilir.
Mərkəzi rayon xəstəxanası tərəfindən həyata keçiriləcək tibbi müayinədə bu il 77 min 155 nəfər iştirakı nəzərdə tutulmuşdur. Fevralın 15-dən başlanan kampaniya çərçivəsində hələlik 33 min 924 nəfər tibbi yoxlamadan keçirilib. Müayinələr 15 tibb məntəqəsində 10 həkim briqadası tərəfindən aparılır. İndiyədək keçirilən tibbi yoxlamaların nəticələrinə görə 5200 nəfər ambulator, 220 nəfər stasionar müalicəyə cəlb edilib. Əlavə müalicə və müayinəyə ehtiyac olduğuna görə 215 nəfər Bakıya müxtəlif tibb müəssisələrinə göndərilib.
Sakinlər onların sağlamlığı üçün həyata keçirilən bu kampaniyadan razılıq edirlər.