Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində rayonun ümumtəhsil məktəbləri şagirdlərinin bir qrupu Quba rayonuna yola salınmışdır

16 mart 2016 | 11:00

 İlham Əliyevin tapşırığına əsasən  ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi  altında maarifləndirici tur-aksiyasına start verilmişdir.  
   Layihə üzrə Ağsu rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin martın 16-da  rayonun Heydər Əliyev Mərkəzində Quba rayonuna yolasalınma mərasimi təşkil edilmişdir.  Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva səfər çərçivəsində  “Qədim Şabran” şəhər qalıqları, Qubada Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə,  Şahdağ Qış-Yay Turizm Kompleksinə, Nəzrə kəndində “Şeyx Cüneyd” türbəsini, eləcə də Qusar və Xaşmaz rayonlarının tarix və memarlıq abidələri və müstəqillik illərindən sonra aparılmış quruculu və abadlıq işləri, Şimal bölgəmizdə turizm sahəsində əladə olunmuş nailiyyətlər barədə şagirdlərə geniş məlumat verdi.
Səfər proqramının zəngin olduğunu, regionlarımızın sürətlə inkişafı və ən əsas ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığını, bu tədbirin şagirdlərimizin  vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarığını bildirdi. 
  Sonda xatirə şəkili çəkilərək məktəblilər avtobusla Quba rayonuna  yola salındılar.

Keçidlər