Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilmişdir

20 aprel 2016 | 11:00

   20 aprel 2016-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayondaki dini durum, dövlət və din münasibətləri, milli-mənəvi dəyərlər  barədə ətraflı məlumat vermişdir.  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi, bununla bağlı ölkədə silsilə tədbirlər keçirilməsindən danışaraq  bildirmişdir ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Natiq çıxışında həm də  dini radikalizm və onun fəsadları, həmçinin radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi barədə aparılan işlərə geniş yer yermişdir.
      İdarə müəssisə və təşkilat rəhbərlərinin, dini icma sədrlərinin, ziyalıların, ağsaqqalların və gənclərin  iştirak etdiyi Seminar-treninqdə rayon Təhsil şöbəsinin müdiri Tahir Xası, Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin  səlahiyyətli nümayəndəsi Nurəddin İslamov mövzu ilə əlaqədar fikirlərini bildirmişlər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər