Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir

23 iyun 2011 | 10:00

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayonun müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmişdir. O, Azərbaycanda dövlət qulluğunun sistemli inkişafına ümummilli liderimiz Heydər Əliyevin töhfəsini vurğulamış, respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açaraq bu məsələləri Prezident İlham Əliyevin daim diqqətdə saxladığını bildirmişdir.

İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə son illərdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3 nəfərin təltif olunmasının bütövlükdə rayon icra hakimiyyətinin işinə dövlət başçısının yüksək qayğısının təzahürü olduğunu bildirmişdir.

Sonda dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə bir qrup şəxsə rayon icra hakimiyyətinin Fəxri Fərmanı verilmişdir.

Keçidlər