Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhərindəki Heydər parkında Novruzun gəlişi el şənliyi ilə qeyd edilmişdir

18 mart 2016 | 11:00

   Martın 18-də bayramsayağı bəzədilən bahar təravətli parkda minlərlə ağsulu Novruz şənliyinə toplaşmışdı.
   Rayon rəhbərliyi Novruzun gəlişi münasibətilə ağsuluları təbrik edib onlara xoş bayram əhval-ruhiyyəsi, əmin-amanlıq arzuladı. Bildirdi ki, tarix boyu heç bir qüvvə milli bayramımız olan Novruzu, adət-ənənələrimizi xalqımıza unutdurmağa, qəlbimizdən silməyə müvəffəq olmamışdır. Novruzun dövlət səviyyəsində milli bayram kimi qeyd edilməsi müstəqilliyimizin xalqımıza verdiyi ən dəyərli töhfələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün xalqımız öz adət-ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutur, onları qoruyub saxlayır, gələcək nəsillərə ötürür.
   Sonra musiqi sədaları altında bayram tonqalı alovlandırıldı. Mahnı və rəqslər, Bahar qızının gəlişi, kosa və keçəlin şən zarafatları, idmançıların çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər