Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhərindəki “Tural-Plaza” Şadlıq Sarayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim keçirilmişdir

07 mart 2016 | 11:00

    Rayon rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan qadınının tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynadığı   vurğulanmışdır. İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qeyd etmişdir  ki, Azərbaycan qadını öz saf adını hər zaman layiqincə qorumuş,   ölkənin siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrdə öz sözünü demişdir.  
   Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət qadın siyasəti nəticəsində qadınlara istənilən sahədə uğurlu fəaliyyət göstərmələri üçün şərait yaradılmış  və ölkəmizdə gender bərabərliyinə nail olunmuşdur. Azərbaycan qadınları sosiumda aparıcı qüvvə olduqlarını ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində sübut edə bilmişlər.   
     Sürətli inkişaf və tərəqqi ilə  müşayiət olunan  hazırkı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən qadınlarımızın ictimai-mədəni həyatda rolunun artırılması və dövlət idarəçiliyində daha çox sayda təmsil olunması istiqamətində səmərəli addımlar atılır.
     Tədbirdə  rayonun sosial-iqtisadi və ictimai-mədəni inkişafında qadınların mühüm rol oynadığı diqqətə çatdırılmışdır. Çıxış edən qadınlar onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
     Rayonun sosial-iqtisadi və ictimai-mədəni inkişafında fərqlənən bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərmanları və tədbir iştirakçıları olan qadınlara  hədiyyələr təqdim olunmuşdur.
    Tədbir konsert proqramı ilə davam etdirilmişdir.
 

Keçidlər