Şriftin ölçüsü :

Saytın rəngi :

soyqırımının 24-cü ildönümü Ağsu rayonunda qeyd olunmuşdur

26 fevral 2016 | 11:00

Xocalı soyqırımının 24-cü ildönümü  Ağsu rayonunda ziyalıların, gənclərin, ictimaiyyətin geniş  nümayəndələrinin iştirakı ilə qeyd olunmuşdur.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları ilk öncə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı qətlyamına həsr olunan sənədli filmə baxmışlar.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açıb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı, eləcə də məruzə ilə çıxış edən başçının müavini Sevil Mirzəliyeva bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilən Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu diqqətə çatdıraraq vurğulayıblar ki, bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Qətlyam zamanı 613 nəfər xüsusi amansızlıqla və işgəncə ilə öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir.
Çıxışlarda bu haqsız qanın yerdə qalmayacağı bildirilib, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı ardıcıl və qətiyyətli səylər diqqətə çatdırılmışdır.

Keçidlər