Şriftin ölçüsü :

Saytın rəngi :

Ləngəbiz kəndinə “mavi yanacaq” verilmişdir

17 fevral 2016 | 11:00

    Ağsuda daha bir yaşayış məntəqəsinə - rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən, 1450 nəfər əhalisi olan Ləngəbiz kəndinə təbii qaz verilmişdir. Kəndin qazlaşdırılması birpilləli sistem əsasında aparılmış,  müxtəlif diametrli 1528 metr polietilen və 8937 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir, 135 sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
  Fevralın 17-də Ləngəbiz kəndinə  “mavi yanacağ”ın verilməsi təntənəli mərasimlə qeyd olunmuşdur. Mərasimi rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda görülən işlərdən, həyata keçirilən sosial layihələrdən danışmışdır. Bildirilmişdir  ki, Ləngəbiz kəndi rayonda təbii qazla təmin edilən 63-cü yaşayış məntəqəsidir. Beləliklə də, artıq Ağsuda əhalinin 92,5 faizi “mavi yanacaq”dan istifadə edir. Qalan kəndlərin də qazlaşdırılması istiqamətində tədbirlər görülür.
       Açılış mərasimində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev kənd sakinlərini təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial layihələrdən, o cümlədən bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində aparılan ardıcıl tədbirlərdən danışmışdır. R.Abdullayev bildirmişdir ki, indi respublikamızda sovet dövründəkindən də çox - 1 milyon 850 min abonent təbii qazla təmin olunur.
      Mərasimdə çıxış edən kənd ziyalıları sosial qayğılarına göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişıər.
     Sonda rəmzi məşəl alovlandırılaraq  kəndə təbii qaz verilmişdir.

Keçidlər