Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərli və Hacıuşağı kəndlərinə təbii qaz verilmişdir

13 fevral 2016 | 11:00

  Ağsu rayonunda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində tədbirlər davam edir. Fevralın 13-də rayonun daha iki yaşayış məntəqəsinə - ümumilikdə, 1067 nəfər əhalinin yaşadığı Cəfərli və Hacıuşağı kəndlərinə təbii qaz verilmişdir. Beləliklə də, Ağsuda “mavi yanacaq”la təmin edilən yaşayış məntəqələrinin sayı 62-yə çatmışdır.
    Cəfərli və Hacıuşağı kəndlərinin qazlaşdırılması üçün 29,4 kilometr müxtəlif diametrli polietilen və metal borularla magistral və kəndarası qaz xətti çəkilmiş, 189 “smart-kart” tipli sayğac, habelə, fərdi tənzimləyici quraşdırılmışdır.
   “Mavi yanacağ”ın verilməsi ilə əlaqədar Cəfərli kəndində keçirilən mərasimdə  “Azəriqaz” İstehsalat Birliyinin  Tikinti Departamentinin rəisi  Ramil İsgəndərov  və rayon icra  hakimiyyətinin başçısı Ənvər Seyidəliyev iştirak etmişlər.
     Açılış mərasimindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Ağsuda reallaşdırılan sosial layihələrdən, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışılmışdır. Məlumat verilmişdir ki, rayonda 79 kənd var. Bu il rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunacaqdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
    Yerli sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
         Sonra rəmzi məşəl alovlandırılmış və  kəndlərə təbii qaz verilmişdir.

Keçidlər