Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun daha 3 kəndinə təbii qaz verilib

30 yanvar 2016 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın digər bölgələrində olduğu kimi, Ağsu rayonunda da bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam edir. Yanvarın 30-da rayonun daha üç yaşayış məntəqəsinə - ümumilikdə 769 abonentin olduğu Qəşəd, Bico və Cəlayir kəndlərinə təbii qaz verilib. Beləliklə, Ağsuda 59 kənd “mavi yanacaq”la təmin edilib.
      Kəndlərin qazlaşdırılmasında 56840 metr dəmir və politelin borulardan istifadə olunub. Bütün evlərdə “Smart-kart” tipli sayğac quraşdırılıb.
     Bu mühüm sosial layihənin reallaşması münasibətilə Qəşəd kəndində təntənəli mərasim keçirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev sakinləri təbrik edərək son illər ölkəmizdə, o cümlədən Ağsuda həyata keçirilən sosial layihələrdən, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıblar. Məlumat verilib ki, hazırda rayonun Ləngəbiz, Cəfərli və Hacıuşağı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda bu kəndlərə də təbii qaz veriləcək. Ümumiyyətlə, ilin sonunadək bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması nəzərdə tutulur.
     Açılış mərasimində çıxış edən 90 yaşlı kənd ağsaqqalı Əvəz Səfərov, ziyalı Şahbaba Qəmbərov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
    Sonra rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.

 

Keçidlər