Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral – Gənclər Günü təntənəli mərasimlərlə qeyd olunub

01 fevral 2016 | 11:00


       Fevralın  2-də səhər saatlarında Ağsu şəhərinin mərkəzindəki Heydər parkına gələn gənclər burada müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.Sonra Heydər Əliyev Mərkəzində təntənəli yığıncaq keçirilib. Yığıncağı rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva açaraq, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərimizin həyatımızdakı fəal rolundan danışıb.

 Yğıncaqda rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Firəngiz Məmmədovanın məruzəsi dinlənilib, çıxışlar olub. Çıxışlarda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan, gənclərin ictimai-siyasi, sosial-iqtisadi həyatımızdakı fəal iştirakından bəhs edilib. Bildirilib ki, Ağsu gəncləri bundan sonra da dövlətimizin başçısının ətrafında sıx birləşərək, Azərbaycanın daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.
     Sonda bir qrup fəal gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

 

 

Keçidlər