Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda yığıncaq keçirilib

11 dekabr 2023 | 19:21

     11 dekabr 2023-cü il tarixdə Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda yığıncaq keçirilib.

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, RİH-nin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş etdirilib.  

      Rəsmi yığıncaqda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, ömrünü Azərbaycanın taleyinə bağlayan, həyat və fəaliyyətində, yeritdiyi daxili və xarici siyasətdə, Azərbaycanın qüdrətli gələcəyi üçün atdığı hər imzada vətən sevgisini, xalq üçün xidmət düsturunu, müdrik siyasi baxışını miras buraxan Ümummilli Lider Heydər Əliyevin dahi şəxsiyyəti tarixin ən uca zirvələrinin fatehinə çevrilmişdir. Bugünkü Zəfər tariximizin, Qələbə yolumuzun meyarlarını ərsəyə gətirən, Azərbaycanın geosiyasi nailiyyətlərinin təməlini inşa edən Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi kurs irsi dərin çalarları ilə qüdrətli Azərbaycanın gələcəyinə işıq saçır. Azərbaycanın tarixi və siyasi taleyi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edən inkişaf və tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı və onun siyasi irsi ilə bağlıdır.

        Digər çıxışçılar qeyd ediblər ki, bu gün Azərbaycan dünyada müstəqil və bərabərhüquqlu xarici siyasət yeridən ölkə, dünyada etibarlı tərəfdaş kimi tanınır. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident cənab İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. Bu inkişafın təməlini biz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinə borcluyuq. Müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdır.

 

 

Keçidlər