Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd edilmişdir

20 yanvar 2016 | 11:00

      İyirmi altı il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların və qocaların gülləbaran edilməsi Azərbaycan tarixinin qanla yazılan səhifələrindən biridir. Xalqın azadlıq ruhuna qarşı yönəldilən bu təcavüz nəticəsində 134 nəfər şəhid oldu, 750-dən çox vətəndaşımız yaralandı. Bütün dəhşətlərə baxmayaraq bu qanlı tarix həm də xalqımızın əsrlərdən bəri arzusu ilə yaşadığı azadlıq yolunun məşəli oldu.
     Yanvarın 20-də səhər saatlarında minlərlə ağsulu şəhərdəki Qəhrəmanlıq kompleksinə, sonra isə Şəhid məzarlığına gələrək bu faciəli, həm də şanlı tariximizin ildönümünü qeyd edib. Qərənfillərlə örtülən xatirə kompleksi və şəhid məzarları insanların vətənin azadlığı, torpaqlarımızın  bütövlüyü uğrunda qurban gedənlərin xatirəsinə dərin ehtiramın təcəssümü idi.
    İzdihamlı mərasimdə çıxış edənlər qanlı hadisələri bir daha yad edək, hələ o vaxt Moskvada ikən həyatını təhlükəyə qoyaraq bu hadisələrə ilk siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin cəsarətli bəyanatından danışıblar. Ulu öndər keçirdiyi mətbuat konfransında bu terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, dinc insanlara tutduqları vəhşilikləri isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırıb.
Həmin gün rayon mədəniyyət sarayında 20 Yanvar hadisələrindən bəhs edən sənədli film göstərilib, “Şəhid ruhlar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər