Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü qeyd edilmişdir

03 dekabr 2015 | 11:00

  Bu gün Ağsuda 4608 nəfər tamamilə və qismən sağlamlığını itirən əlil vardır. Onlardan 63 nəfəri Qarabağ, 4 nəfəri ikinci dünya savaşı, 6 nəfəri Əfqanıstan müharibəsi əlilidir. Rayonda, habelə 71 nəfər gözdən əlil yaşayır. Əlbəttə, əlillər qayğıya daim ehtiyacı olan insanlardır və təsadüfi deyildir ki, ölkəmizdə onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
    Dekabrın 3-də Ağsu şəhərindəki Veteranlar evində əlillər günü münasibətilə təşkil olunan çay süfrəsi arxasındakı görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirqubat Orucov bütün bunlar barədə geniş məlumat verib. 65 nəfər əlilin iştirak etdiyi tədbirdə, habelə vurğulanıb ki, dövlət əlil vətəndaşların sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat kimi sosial proqramlara cəlb olunmalarının həyata keçirir. Qeyd edilib ki, ölkə başçısının tapşırığına əsasən əlillərin evlə təminatı istiqamətində böyük işlər görülür. Belə ki, hazırda Ağsu rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün 10 fərdi yaşayış evi inşa olunur.
   Görüşdə çıxış edən Qarabağ müharibəsi əlilləri Zaur Mecidov, Allahverdi Qəmbərov, Əjdər Həsənov ölkəmizdə əlillərə göstərilən dövlət qayğısına,  onların cəmiyyətə inteqrasiyası ilə əlaqədar həyata keçirilən layihələrə görə Prezident İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.
      Axırda əlillərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilib.   

Keçidlər