Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndoba kəndinə təbii qazın verilməsi ilə bağlı işlər başa çatmışdır

17 noyabr 2015 | 11:00

     Ağsu rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Kəndoba kəndinə təbii qaz verilib. Bu məqsədlə Hacıqabul MQKS-nın Kəndoba qazpaylayıcı stansiyasında əsaslı təmir işləri aparılıb, 38,3 kilometr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və kənddaxili xətt çəkilib.
   Təbii  qazın verilməsi ilə əlaqədar kənddə mərasim keçirilib. Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini İqbal Mikayılov, Ağsu Regional Qaz İdarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, hər bir regionun sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
        Bildirilib ki, 2500-dən çox əhalinin yaşadığı Kəndoba kəndi təbii qazla təmin olunan 50-ci yaşayış məntəqəsidir. Hazırda digər kəndlərin də qazlaşdırılması ilə əlaqədar tədbirlər görülür.
       Kənd sakinləri onların sosial problemlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
      Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Keçidlər