Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyd edilmişdir
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan, 1990-cı il noyabrın 19-da ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən qaldırılan üçrəngli bayrağımız qüdrətimiz, milli qürurumuzdur. Məhz buna görədir ki, Azərbaycanın bir parçası olan Ağsu rayonunda 9 noyabr Azərbaycan Bayrağı Günü ümumxalq bayramı kimi qeyd olunub.
Noyabrın 7-də keçirilən bayram tədbirinin iştirakçıları ilk öncə Ağsu şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəlin önünə çiçəklər düzüblər. Sonra rayon icra hakimiyyətində təntənəli yığıncaq keçirilib. Yığıncaq Azərbaycanın Dövlət Himni ilə açılıb, məktəblərinin ifasında şeirlər səsləndirilib.
Rayon icra hakimiyyyəti başçısının müavini Sevil Mirzəliyevanın məruzəsində, eləcə də çıxışlarda türk mədəniyyətinin, müsəlman sivilizasiyasının və Azərbaycanın demokratik dəyərlərinin simvolu olan milli bayrağımızın bundan sonra əsrlər boyu dalğalanacağına böyük inam ifadə olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionun ən qüdrətli, dinamik inkişaf edən ölkəsidir.