Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Vətənin müdafiəsinə hazıram!” devizi ilə Ağsu rayonunda tədbir keçirilib

23 oktyabr 2015 | 10:00

Ötən əsrin 90-cı illərində böyük çətinliklər və ağır itkilər hesabına yenidən öz müstəqilliyinə qovuşan Azərbaycan üçün bu gün Vətənin müdafiəsinə hər an hazır olan vətənpərvər nəslin formalaşdırılması xüsusi önəm kəsb edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Vətənin müdafiəsinə hazıram!” devizi ilə Ağsuda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Ağsu, Kürdəmir, Şamaxı və Qobustan rayonlarından olan yeniyetmələr iştirak ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov və digər çıxış edənlər bildiriblər ki, ordu sıraları üçün vətənpərvər gənclərin yetişdirilməsi hər şeydən əvvəl orta məktəbdən, yeniyetməlik çağlarından başlanır. “Vətənin müdafiəsinə hazıram!” devizi ilə keçirilən regional mədəni-kütləvi tədbir də məhz yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik hisslərinin formalaşdırılmasına xidmət edir. Bildirilib ki, bu gün Azərbaycanda Vətənin müdafiəsinə hər an hazır olan yeni nəsil yetişir.
Tədbirdə şəhid ailələrinin nümayəndələrinə, yeniyetmələrin çağırışaqədər hazırlığında fərqlənənlərə, eləcə də fəal şagirdlərə, habelə rayonların icra hakimiyyətlərinin nümayəndələrinə xüsusi mükafatlar təqdim edilib.
Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının, gənc şahinlərin sürəkli alqışlarla qarşılanan çıxışları iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.

Keçidlər