Şriftin ölçüsü :

Saytın rəngi :

1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib

01 oktyabr 2026 | 15:15

      01.10.2026-cı il tarixdə Ağsu rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

     Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.

     RİH başçısı Rövşən Bağırov Ağsu rayon Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.

     Tədbirdə Ağsu rayon Prokuroru Elnur Cəfərov Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına və işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, dövlət səviyyəsində prokurorluq orqanları əməkdaşlarına yüksək etimad göstərilir, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Qeyd edib ki, Azərbaycan Respublikasına və xalqımıza hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları işçiləri bundan sonra da üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəklər.

Keçidlər