İCTİMAİ ŞURAYA KEÇİRİLƏCƏK SEÇKİ BARƏDƏ
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ağsu rayon İcra Hakimiyyəti başçısının 26 dekabr 2024-cü il tarixli 173 nömrəli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 27 dekabr 2024-cü il tarixdən etibarən 20 iş günü müddətində Ağsu rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 30 yanvar 2025-ci il tarixdə namizədlərin irəli sürülməsi başa çatacaqdır.
Seçki ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu 226 54 21).