Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

Ə.Q.Seyidəliyevin Ağsu rayonu İcra hakimiyyətinin başçısı
təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Ənvər Qasım oğlu Seyidəliyev Ağsu rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2007-ci il.


Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Ağsu rayonunun sosial-iqtisadi inkişafı, genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması sahəsində son illər bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.Bu istiqamətdə işlərin davam etdirilməsi, o cümlədən əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması üçün rayonun dağlıq ərazisindəki mənbələrdən Ağsu şəhərinə 25 km uzunluğunda içməli su kəmərinin çəkilməsi və digər zəruri tədbirlərin görülməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağsu rayon İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2009-cu il.
 

Keçidlər