Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2021 | 11:00

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü tədbir iştirakçıları öncə şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  Uşaq Gənclər İnkişaf Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara Azərbaycanın sabahı üçün yüksək səviyyəli, savadlı, bacarıqlı gənclərin yetişdirilməsində uğurlar arzulayıb. İcra başçısı Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri diqqət və qayğıdan danışaraq diqqətə çatdırıb ki, Ağsu rayonunda cari dərs ilində 3 kənd məktəbi üçün yeni tədris ocağı tikilib istifadəyə verilib. Bildirib ki, rayonun 360 şagird yerlik Ərəbuşağı, 132 yerlik Musabəyli və 80 şagird yerlik Təklə kənd məktəblərində tədrisin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.
  Sonda bir qrup müəllimə Ağsu Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı verilib.


 
 

Keçidlər