Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda qəbul imtahanlarından yüksək bal toplayan məzunlarla görüş keçirilib

22 sentyabr 2021 | 11:00

Ağsu rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 500-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib.
  Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırov yüksək bal toplayanları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan icra başçısı sabahımız üçün bilikli, hərtərəfli inkişaf edən gənc nəsilin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığını bildirib. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir. Təkcə cari dərs ilində Ağsu rayonunun 3 yaşayış məntəqəsində - Musabəyli, Ərəbuşağı və Təklə kəndlərində tam orta məktəblər üçün yeni binalar istifadəyə verilib.
  RİH başçısı ölkəmizdə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu olduğunu vurğulayıb.
  Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 
  Sonda rayon icra hakimiyyəti tərəfindən tələbələrə diplomlar təqdim olunub, hədiyyələr verilib.

Keçidlər