Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən sevgisi” kitabının təqdimatı olub

16 iyun 2021 | 11:00

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Ramin Qüdrət oğlu Hüseynov və qardaşı Röyal haqqında yazılan “Vətən sevgisi” kitabının təqdimatı olub.
  Prezident mükafatçısı, yazıçı Sabir Hüseynovun və “Respublika” qəzetinin müxbiri Kamil İsmayılovun müəllifi olduqları “Vətən sevgisi” kitabının təqdimatı rayon uşaq gənclər inkişaf mərkəzində keçirilib.
  Təqdimatda çıxış edənlər yeni işıq üzü görən “Vətən sevgisi” kitabında 1993-cü il sentyabrın 8-də Ağsu rayonunun Çaparlı kəndində dünyaya gələn, 2020-ci ilin oktyabrında Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan və indi bu kəndin qəbiristanlığında uyuyan Ramin Hüseynovun və Vətən müharibəsində öz borcunu ləyaqətlə yerinə yetirən, hazırda hərbi xidmətdə olan qardaşı xüsusi təyinatlı Röyal Hüseynovun şərəfli həyat yolundan danışılır.
  “Vətən sevgisi” kitabının təqdimatında çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva kitabın yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyətindən söz açıb.

Keçidlər