Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailələri ziyarət edilib

14 may 2021 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhid  olmuş hərbçilərin ailələri ziyarət edilib.
  Ağsu RİH başçısı cənab Rövşən Bağırovun iştirak etdiyi görüşlər zamanı igid oğullarımızın Vətənin azadlığı, bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəldiyi vurğulanıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhid ailələrinin, qazilər və Vətən müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.
  Görüşlərdə şəhid ailələri ilə söhbət edilib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq sovqatları təqdim edilib, mənəvi dəstək göstərilib.
Şəhid ailələrinin üzvləri ölkədə şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Keçidlər