Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib

10 may 2021 | 11:00

Mayın 10-da xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd edilib.
  Ağsu Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ziyalılar Ağsu şəhərindəki Heydər Əliyev adını daşıyan parka gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
  Mərasim iştirakçıları, həmçinin Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillər ilə tanış olublar.

 

Keçidlər