Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev növbəti videokonfrans keçirib

25 iyun 2020 | 11:00

İyunun 25-də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynovun və inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin iştirakı ilə rayonda kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı növbəti videokonfrans keçirib.
  Videokonfransda rayonun kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Çıxış edən İ.Hüseynov və icra nümayəndələri təsərrüfat işlərinin gedişi barədə məlumat verib, təkliflərini bildiriblər.
  Sonda çıxış edən RİH başçısı rayonda kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər