Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda COVİD-19 infeksiyasına qarşı əhalinin maarifləndirilməsi işləri davam etdirilir

13 iyun 2020 | 11:00

Ağsu rayonunun bütün yaşayış məntəqələrində maarifləndirici posterlər yapışdırılır, flayerlər paylanır. Bu materiallarda 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyələr verilir. Parça maskanın ev şəraitində hazırlanması və ondan istifadə qaydaları da təlimatda yer alır.
  Flayerlər əhalinin çoxluq təşkil etdiyi məkanlarda, o cümlədən küçə, park, ictimai nəqliyyat və dayanacaqda paylanılır. Bundan əlavə idarə, müəssisə və evlərə də verilir. Posterlər inzibati binaların, ticarət və iaşə obyektlərinin qapı və pəncərələrinə yapışdırılır. Tәşәbbüs çәrçivәsindә 22 min ədəd flayerin paylanılması, 4581 ədəd posterdən istifadə olunması nəzərdə tutulur.

Keçidlər