Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonu ərazisində tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılır

04 aprel 2020 | 11:00

Respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
  Yaradılmış mobil qruplar Ağsu şəhərində, eləcə də kəndlərdə sakinlərlə profilaktik söhbətlər edir, onlara xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq olunur.
  Rayon ərazisində infeksiyanın yayılmasının qarşının alınması məqsədilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən Ağsu şəhərinin küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır. Dezinfeksiya tədbirləri kənd yaşayış məntəqələrində də davam etdirilir.
    Həmçinin, evdən çıxmaları mədudlaşdırılmış tənha, yaşlı, maddi imkansız rayon sakinlərinə ərzaq yardımları verilir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanlar ünvanlarında çatdırılır. Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya kartları “Kapitalbank”a getmədən “Azərpoçt” Ağsu rayon filialının əməkdaşları tərəfindən ünvanlarında təqdim edilir.

Keçidlər