Şriftin ölçüsü :

Saytın rəngi :

Energetika nazirinin müavini Samir Vəliyev Ağsu rayon sakinlərini qəbul edib

13 mart 2020 | 11:00

Martın 13-də Energetika nazirinin müavini Samir Vəliyev Heydər Əliyev Mərkəzində Ağsu rayon sakinlərini qəbul edib.
  Qəbulda vətəndaşlar tərəfindən sahibkarlıq obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin alınması, elektrik enerjisi verilişində yaranan fasilələr, elektrik xətlərinin istismara yararsız olması, qazdan istifadəyə görə borcun silinməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
  Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Keçidlər