Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib

21 fevral 2020 | 11:00

Fevralın 21-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Ağsu Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Ağsu şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
  Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər qaldırılan məsələlər üzrə Ali Məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.  
  Səfər çərçivəsində Ali Məhkəmənin sədri Ağsu Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Keçidlər