Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub

20 fevral 2020 | 11:00

Ağsu rayonunda Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi münasibətilə uşaq musiqi məktəbinin təşkilatçılığı, rayon icra hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə musiqisevərlərə geniş konsert proqramı təqdim olunub. Şəhər mədəniyyət sarayında təşkil olunan konsertdə yüzlərlə tamaşaçı iştirak edib.
  Uşaq musiqi məktəbinin xanəndəlik şöbəsinin müdiri və müəllimi, Əlibaba Məmmədovun yetirməsi Kamil Ağayev böyük sənətkarın həyat və yaradıcılığı barədə danışıb. Vurğulayıb ki, 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində dünyaya göz açan Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb. Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkar özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti ilə xalqın sevgisini qazanıb.
  K.Ağayev “Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına diqqəti cəlb edərək, bu Sərəncamın dövlət başçısının Azərbaycan mədəniyyətinə, tanınmış sənət adamlarına diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib, bunun üçün Prezidentə musiqiçilər adından minnətdarlığını bildirib.
  

Keçidlər