Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə silsilə tədirlər keçirilib

30 dekabr 2019 | 11:00

Ağsu şəhərinin mərkəzindəki Heydər Parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənəli şəkildə  qeyd olunub.
  Səhər saatlarında parka gələn rayon rəhbərləri, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.
  Bayramsayağı bəzədilən parkda, açıq havada keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev iştirakçıları təbrik edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyətə çağıran tarixi bir gün olduğunu vurğulayıb.
  Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.
  Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib. Yolka ətrafında uşaq bağçalarının fidanları və məktəblilər şənlik edib, Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb. Uşaqların əl işlərindən ibarət sərgi, musiqi məktəbi şagirdlərinin, o cümlədən nağaraçılar qrupunun çıxışları şənliyə qatılanlar tərəfindən maraqla qarşılanıb.
                                             *************************
  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Ağsu rayon komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təntənəli mərasim təşkil edib. Bayram süfrəsi arxasında təşkil olunan mərasimdə bağça uşaqlarından, ümumtəhsil məktəblərinin fəal şagirdlərindən, qabaqcıl müəllimlərdən, həmkarlar ittifaqı fəallarından ibarət 180 nəfər iştirak edib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edib, dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların təşkilatlanmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin xidmətlərindən danışıb.
  Rayon musiqiçilərinin rəngarəng konsert proqramı ilə davam edən şənlikdə bir-birini əvəz edən mahnı və rəqslər hər kəsdə yüksək bayram əhval-ruhiyyəsi yaradıb.
  Tədbirlərdə balacalara və məktəblilərə bayram hədiyyələri verilib.

Keçidlər