Şriftin ölçüsü :

Saytın rəngi :

Kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib

08 dekabr 2019 | 11:00

Dekabrın 8-də Ağsu şəhərində Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Açılış mərasimində Ağsu rayon Gənclər və İdman idarəsinin, Ağsu Rayon İcra Hakimiyyətinin və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
  Ağsu rayon Gənclər və İdman idarəsinin rəisi Azər Kərimli çıxış edərək ölkəmizdə idmana göstərilən qayğıdan və idmançılarımızın yerli və beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərdən bəhs edib, idmançılara uğurlar arzulayıb.
  Digər çıxışçılar qeyd ediblər ki, rayon birinciliyinin keçirilməsində əsas məqsəd Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun xatirəsini yad etmək, idmançıların öz bacarıqlarını inkişaf etdirmələrinə şərait yaratmaqdan ibarətdir.
  Açılış mərasiminin sonunda Azərbaycanın Dövlət Himni səsləndirilib.
  Yarışda 5 rayonun iştirakı ilə 15 komanda olmaqla, ümumilikdə 250 nəfər idmançı mübarizə aparıb, qaliblər diplom və medallarla təltif edilib.


 

Keçidlər