Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbsarvan kəndində modul tipli məktəb binası istifadəyə verilib

06 noyabr 2019 | 11:00

Ağsu rayon Sarvan kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli yeni bina istifadəyə verilib.
  Təhsil Nazirliyinin sifarişi ilə quraşdırılan yeni məktəb binası 96 şagird yerlikdir. Hazırda məktəbdə 86 nəfər şagird təhsil alır. On bir sinif otağından ibarət binada təhsilin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.
  Noyabrın 6-da məktəbin müəllim və şagird kollektivlərinin, kənd sakinlərinin, qonaqların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışıblar.
  Sonda tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Keçidlər