Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib

25 oktyabr 2019 | 11:00

RİH başçısı Vahid Tağıyev 25.10.2019-cu ildə rayon İcra hakimiyyətinin başçısı Aparatında hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə 133 nəfər vətəndaşı fərdi qaydada qəbul edib. 
     
  Qəbulda ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmış, rayonda  mövcud çatışmazlıqlar və həlli vacib məsələlər vətəndaşların diqqətinə çatdırılıb. 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş iclasda 05 fevral 2019-cu il tarixdə baş vermiş zələzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrdən danışan RİH başçısı vətəndaşlara izah edib ki, yekun nəticəyə görə FHN-nin müvafiq komissiyası tərəfindən verilmiş rəylərə uyğun işlərin icrası davam etdiriləcəkdir. Bir daha vurğulayıb ki, müəyyən olunmuş müddətdə müraciət etməyən vətəndaşların fərdi yaşayış evlərinə baxış keçirilməsi mümkün deyildir. Bundan əlavə vətəndaşlara fərdi yaşayış evlərinin sığortası ilə bağlı maarifləndirmə xarakterli izahat verilib.

  Səsləndirilən şikayət və təkliflərin böyük bir qismi zəlzələ fəsadları ilə bağlı olub və bununla bağlı müvafiq izahatlar vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Yol təmiri, iş və mənzillə təminat, kommunal xidmətlərlə təchiz olunma, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, müalicə və müayinə, unvanlı dövlət sosial yardımı və əlillik təyin olunması, kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin ayrılması və sair sosial məsələlərlə bağlı problemlərin həlli məqsədilə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

  Vətəndaşların diqqətinə çatdırılıb ki, hər hansı məsələlərlə bağlı müraciətlərini instansiyaya uyğun olaraq RİH başçısının ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyələrə bildirməlidirlər. Bundan əlavə izah olunub ki, kənd yaşayış məntəqələrinin sakinləri ayrı-ayrı günlərdə səyyar görüşlərdə qəbul olunaraq təklif və müraciətlərinə baxılacaqdır.

Keçidlər