Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı növbəti qəbul keçirib

18 oktyabr 2019 | 11:00

RİH başçısı Vahid Tağıyev 18.10.2019-cu ildə rayon İcra hakimiyyətinin başçısı Aparatında hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə 217 nəfər vətəndaşı fərdi qaydada qəbul edib. Saat 11:20-də başlayan qəbul saat 23:10-da başa çatıb.
  Əvvəlcə RİH başçısı “18 oktyabr – Dövlət Müstəqillik Günü” münasibətilə vətəndaşları təbrik edərək bu əlamətdar gün haqqında danışıb.  Qeyd edib ki, son 100 ildə Azərbaycan xalqı 2 dəfə öz müstəqilliyinə qovuşmaq imkanı qazandı. 1918-ci ildə Azərbaycan birinci dəfə özünün müstəqilliyini elan etmiş və 23 ay fəaliyyət göstərmişdir. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi. Həmin dövrdən etibarən Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin yaradılması və ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarlar qəbul etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kursu Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir. Ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət onu deməyə imkan verir ki, müstəqillik yolunda xalqımızı yalnız xoşbəxt gələcək gözləyir. 
  Qəbulda ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmış, rayonda  mövcud çatışmazlıqlar və həlli vacib məsələlər vətəndaşların diqqətinə çatdırılıb. 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş iclasda 05 fevral 2019-cu il tarixdə baş vermiş zələzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrdən danışan RİH başçısı vətəndaşlara izah edib ki, yekun nəticəyə görə FHN-nin müvafiq komissiyası tərəfindən verilmiş rəylərə uyğun işlərin icrası davam etdiriləcəkdir. Bir daha vurğulayıb ki, müəyyən olunmuş müddətdə müraciət etməyən vətəndaşların fərdi yaşayış evlərinə baxış keçirilməsi mümkün deyildir. Bundan əlavə vətəndaşlara fərdi yaşayış evlərinin sığortası ilə bağlı maarifləndirmə xarakterli izahat verilib.
    Səsləndirilən şikayət və təkliflərin böyük bir qismi zəlzələ ilə bağlı olub və müvafiq izahatlar vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Yol təmiri, su, təbii qaz, elektriklə təchizat, suvarma arxlarının təmizlənməsi, müalicə və müayinə, unvanlı dövlət sosial yardımı və əlillik təyin olunması, torpaq məsələləri, işlə təmin olunma, mənzillə təminat  və sair sosial məsələlərlə bağlı müvafiq izahatlar verilməklə vətəndaşların problemlərinin həlli məqsədilə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
  Vətəndaşların diqqətinə çatdırılıb ki, hər hansı məsələlərlə bağlı müraciətlərini instansiyaya uyğun olaraq RİH başçısının ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyələrə bildirməlidirlər. Bundan əlavə izah olunub ki, kənd yaşayış məntəqələrinin sakinləri ayrı-ayrı günlərdə səyyar görüşlərdə qəbul olunaraq təklif və müraciətlərinə baxılacaqdır . 

Keçidlər